Kriminal
Məni "drel"ə görə tutublar: Elə şey etməmişəm - İlhamə Elşadqızı
“TikTok”da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarda həbs olunmuş şair İlhamə Elşadqızı barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrlik etdiyi prosesdə şahidlər ifadə verir.
Şahid qismində ifadə verən polis əməkdaşları təqsirləndirilən şəxsin əsassız tutulması və başqa iddialarını təkzib ediblər:
“Bizə daxil olmuş məlumat əsasında İlhamə Elşadqızının mənzilində əməliyyat keçirmişik. Evdən narkotik aşkar edilib. Daha sonra İlhamə Elşadqızını polis idarəsinə aparmışıq. Təqsirləndirilən şəxsin ona təzyiq edilməsi və ya evinə narkotik atılması ilə bağlı dedikləri hamısı sadəcə şər-böhtandır. Biz İlhamə xanıma heç bir fiziki təsir göstərməmişik. Ekspertiza araşdıra bilər".
Daha sonra İlhamə Elşadqızı çıxış edib. Bildirib ki, bu gün onun həyatı həll olunur: "Əziyyət çəkib bu qədər əsərlər yazmışam. Mən sıradan biri deyiləm. Anamla evdə oturduğumuz vaxt polis əməkdaşları əməliyyata gəldi. Sonra da həbs edildim. Mən jurnalistəm, narkotik çəkən deyiləm. Qurana and içə bilərəm ki, elə şey etməmişəm. Yaxşı, siz and içə bilərsinizmi? Mən kişi qeyrətli qadınam. Mənə böhtan atırlar. Drel sözünə görə olub bütün bunlar. Drel sözü Azərbaycan lüğətində də var".
Proses iyunun 18-də davam edəcək.
Qeyd edək ki, İlhamə Elşadqızına Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrə ittiham irəli sürülüb.
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq












.jpg)


























