Kriminal
Ər 22 yaşlı arvadını döydü - Vəziyyəti ağırdır
Astara rayonunda gənc qadın həyat yoldaşı tərəfindən döyülüb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, 2003-cü il təvəllüdlü Nərmin Ceyhun qızı Cəfərli müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.
Vəziyyəti ağır olduğu üçün dərhal reanimasiya şöbəsinə yerləşdirilib.
Yaxınlarının bildirdiyinə görə, Nərmin həyat yoldaşı Mirəhməd Seyidəzim oğlu Ağayev tərəfindən döyülüb və vəziyyəti kritikdir.
Cütlük 2020-ci ildə ailə qurub. Ailə həyatları boyunca bir neçə dəfə münaqişələrin yaşandığı və qadının dəfələrlə zorakılığa məruz qaldığı deyilir. Sonuncu hadisə isə ötən gün baş verib.
Hazırda Nərmin Cəfərlinin müalicəsi reanimasiya şöbəsində davam edir, vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq




































