Kriminal
Aprel döyüşləri ilə bağlı istintaq komissiyasının Ermənistanda yaradılmasının səbəbi... - Bako Sahakyan açıqladı
İyunun 20-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində tədqiq olunan sənədə əsasən, təqsirləndirilən şəxs Bako Sahakyan Aprel döyüşləri ilə bağlı vaxtilə Ermənistan Milli Assambleyasında yaradılmış istintaq komissiyasının iclasında iştirak etməyə razılıq verib.
Publika.az xəbər ki, məhkəmədə prokurorun sualını cavablandıran təqsirləndirilən şəxs məlumatı təsdiqləyib. O bildirib ki, Aprel döyüşlərindən sonra Ermənistanda istintaq komissiyası yaradılıb. Komissiyanın sədri Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədri Andranik Koçaryan olub: “Bu komissiyanın iclasında müxtəlif suallara hərbçilər və qeyri-hərbçilər cavab veriblər. O komissiya mənə təklif göndərdi. Çünki onlar məni komissiyanın iclasında iştiraka məcbur edə bilməzdilər”.
Təqsirləndirilən şəxs istintaq komissiyasının suallarını əhatəli şəkildə cavablandırdığını bildirib.
B.Sahakyan Azərbaycan ərazilərində baş vermiş döyüşlərlə bağlı istintaq komissiyasının niyə Ermənistanda təşkil olunmasının səbəbini belə izah edib: “İstintaq komissiyasının Ermənistan Milli Assambleyasında yaradılması normal idi. Çünki söhbət Ermənistan silahlı qüvvələrinin keçirdiyi əməliyyatdan gedirdi”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi iyunun 21-də davam etdiriləcək.
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq




































