Kriminal
Azərbaycanda ər 9 uşaq anası olan hamilə arvadını öldürməyə cəhd edib: Cəzası bilindi
Şəki Ağır Cinayətlər Məhkəməsində hamilə həyat yoldaşını xüsusi amansızlıqla yaralamaqda təqsirləndirilən Yevlax rayon sakini Şərəvəddin Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ş.Rəsulov 11 il 3 ay azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə Yevlax rayonu, "qaraçılar məhəlləsi" adlanan ərazidə baş verib. 1985-ci il təvəllüdlü Ş.Rəsulov 1987-ci il təvəllüdlü Sevinc Rəsulova ilə ailə həyatı qurub və birgə nikahdan 9 övladları olub. 2024-cü ildə Sevinc Rəsulovanın 10-cu uşağa hamilə olduğunu öyrənən Ş.Rəsulov həyat yoldaşından şübhələnib və uşağın atasının başqa şəxs olduğunu düşünüb. O, həyat yoldaşının qonşusu ilə bir neçə dəfə söhbət etdiyini görüb və bu barədə S.Rəsulova ilə mübahisələr edib.
2024-cü il avqustun 12-də Şərəvəddin Rəsulov həyat yoldaşını öldürmək qərarına gəlib və bu məqsədlə S.Rəsulovanı aldadaraq, bankdan kredit götürmək bəhanəsi ilə rayon ərazisinə aparıb. O, banka çatdıqdan sonra kredit götürməyin mümkün olmadığını deyib və S.Rəsulova ilə geri qayıdıb. Yolda Şərəvəddin Rəsulov həyat yoldaşından uşağın atasının kim olduğunu soruşub. S.Rəsulova isə bu məsələnin ona aidiyyəti olmadığını deyib və ər-arvad arasında mübahisə yaranıb. Ş.Rəsulov üzərində gəzdirdiyi, əvvəlcədən xüsusi məqsədlə hazırlanmış iti və kəsici polad alətlə S.Rəsulovaya 11 zərbə endirib. Həmin vaxt cütlüyün azyaşlı övladının da hadisə yerinə gəlməsinə baxmayaraq, Şərəvəddin Rəsulov cinayət əməlini davam etdirib. O, S.Rəsulovanın öldüyünü zənn edərək, hadisə yerini tərk edib, polisə təslim olub.
Azyaşlı uşağın köməyi ilə S.Rəsulova xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Onun həyatını xilas etmək mümkün olub.
Faktla bağlı cinayət işi başlanıb və Ş.Rəsulov həbs edilib.
(Oxu.az)
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama


















.jpg)


















