Kriminal
Qadına sataşıb, əxlaqsız təkliflər edib - Sumqayıtda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI
Qubadlı rayonu, Xocamusaqlı kənd inzibati nümayəndəliyi sədrinin müavini vəzifəsində çalışmış Mahir Allahverdiyevi qətlə yetirməkdə ittiham olunan 2003-cü il təvəllüdlü Murad Kazımovun məhkəməsi başa çatıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini Murad tanışı, 1975-ci il təvəllüdlü Mahirin onun anasının istifadəsində olan mobil telefona zənglər edib, mütəmadi narahat edərək izlədiyini öyrənib.
Daha sonra onun yanında anasına qəsdən söz atıb, sataşaraq əxlaqsız təkliflə müraciət etdiyini görüb. Murad Mahiri bu hərəkətlərdən çəkindirməyə çalışıb, ona xəbərdarlıq edib. Amma Mahir Muradı uşaq bilib və onu döyərək əməllərinə davam edib.
Belə olanda Murad qisas almaq məqsədilə M.Allahverdiyevi öldürmək qərarına gəlib. O, niyyətini gerçəkləşdirmək üçün 2022-ci il dekabrın 12-də gecə saat 00:00 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayonda binaların arasında yerləşən qarajların qarşısında Mahirlə görüşüb. Orada ona ümumilikdə 19 bıçaq zərbəsi vurub.
M.Allahverdiyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. İki saat sonra o, tibb müəssisəsində ölüb.
İstintaq orqanı Murada Cinayət Məcəlləsinin 120.2.4 (qəsdən adam öldürmə, xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürüb.
Onun cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə M.Kazımov 16 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə dair qərar çıxarılıb.
Hökmdən narazı qalan zərərçəkmiş Mahir Allahverdiyevin hüquqi varisi apellyasiya şikayəti verib. Hüquqi varis təqsirləndirilən şəxsin barəsində 19 il müddətinə cəza təyin edilməsini, cəzasının ilk 5 ilini həbsxanada çəkməsi barədə qərar qəbul edilməsini istəyib.
Murad Kazımovun müdafiəçisi də apellyasiyaya üz tutub və onun əməlinin Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini, ona yüngül cəza verilməsini xahiş edib.
Şikayətlərə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb, amma heç biri təmin olunmayıb.
Bu qərardan tərəflər Ali Məhkəməyə müraciət ediblər. Hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə kasasiya şikayətlərinin təmin olunmaması barədə qərar açıqlanıb.
Qeyd edək ki, mərhum Mahir Allahverdiyev 3 qız atası olub. O, həm də Birinci Qarabağ müharibəsinin iştirakçısı və qazi imiş.
Mahir Allahverdiyev şəhid Vüsal Allahverdiyevin əmisidir.
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar















.jpg)






















