Kriminal
Qayınatası 19 bıçaq zərbəsi ilə öldürdü: Günelin FOTOSU
Qobustan rayonunun Təklə kəndində törədilən qətlin təfərrüatları məlum olub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə iyulun 6-da axşam saatlarında baş verib.
2001-ci il təvəllüdlü Günel Ağabəyli yaşadığı evdə bıçaqlanaraq öldürülüb. Onun qayınanası Sevil Ağayeva isə bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti stabildir.
Hüquq-mühafizə orqanları hadisəni törətməkdə şübhəli bilinən şəxsi - mərhumun qayınatası, 1957-ci il təvəllüdlü Orucağa Ağayevi saxlayıb.
Qətlə yetirilən qadının həyat yoldaşı Tayfun Ağabəylinin sözlərinə görə, onların ailəsində ciddi problem olmayıb:
“Biz bir-birimizi sevərək ailə qurmuşduq. Aramızda heç bir söz-söhbət, narazılıq olmayıb. Amma son 15-20 gündə atamın psixoloji durumu yaxşı deyildi. Hər kəsə sataşırdı, əsəbi və gərgin davranırdı. Bunu hiss edirdik, amma belə bir şey edəcəyinə inanmazdım. Şokdayam. Mənim həyat yoldaşımı - heç bir günahı olmayan bir insanın bu şəkildə qətlə yetirəcəyini düşünməzdim...”.
Günel Ağabəyli atası Rasim Qəhrəmanov isə deyib ki, cütlük uzun illər sevgi münasibəti yaşayıb və iki il əvvəl ailə qurublar. Ailələr arasında da heç bir narazılıq olmayıb:
“Hadisədən bir neçə saat əvvəl qızım və kürəkənim bizdə idilər. Oturduq, birlikdə yemək yedik. Heç bir narahatlıq yox idi. Onları özüm yola saldım. Bir saatdan sonra isə belə dəhşətli xəbər gəldi. Qızıma 18-19 bıçaq zərbəsi vurublar. Qızımın heç bir günahı yoxdur. Bəzi saytlar yazır ki, hadisə qısqanclıq zəminində olub - bu, tamamilə yalandır. Onlar bir yerdə musiqi məktəbində müəllim işləyirdilər, bir-birilərini sevirdilər. Sadəcə son vaxtlar qarşı kürəkənimin atasında psixoloji problemlər vardı”.
Faktla bağlı Qobustan Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam edir.
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar













.jpg)
























