Kriminal
Gecə əri evə gələn qadın sevgilisini qızının otağında gizlətdi, o isə azyaşlı ilə... - TƏFƏRRÜAT
Ağdam rayonunda 25 yaşlı oğlan sevgi münasibətində olduğu qadının qızına qarşı seksual hərəkətlər edib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib.
Rayon sakini, 1990-cı il təvəllüdlü Vasif Babayev 2024-cü ilin aprel ayında istintaqa məlum olmayan gün və vaxtda sevgi münasibətində olduğu Adilənin yetkinlik yaşına çatmayan qızı Bahara (ad-soyadlar şərti verilib – red.) qarşı intim hərəkətlər edib.
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 152.2-ci (on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə ifadə verən müttəhim ona elan olunan ittiham üzrə özünü tam təqsirli bilib. O, ifadəsində göstərib ki, mütəmadi olaraq Adilənin evinə gedib-gəlib, onunla münasibətdə olub: “Onun qızı Baharın uşaq olduğu mənə məlum olub. Azyaşlı zərərçəkmişlə həmişə uşaq kimi davranmışam. 2024-cü ilin aprel ayında Adiləgildə olduğum vaxt onun əri gəldi. Mən bu səbəbdən azyaşlının otağına girdim. Həmin vaxt onunla qeyri-təbii yolla bir dəfə cinsi əlaqədə oldum. Əməlimdən peşmanlıq keçirmişəm”.
Azyaşlı zərərçəkmiş də hüquq-mühafizə orqanlarına verdiyi ifadəsini məhkəmədə təsdiqləyib. Bildirib ki, Vasif onunla bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə olub. Onun ifadəsinə görə, müttəhim ona qarşı heç bir zor tətbiq etməyib.
İş üzrə zərərçəkmişin anası Adilənin sözlərinə görə, bu ilin yanvarın 27-də Vasifin onun qızı ilə qeyri-təbii yolla cinsi əlaqədə olması ona məlum olub: “2024-cü ildə yaşadığım evdə olarkən mənimlə ər-arvad kimi yaşayan Vasif də bizimlə birlikdə olub. Gecə vaxtı ərim gəldiyi üçün münasibətdə olduğum şəxsi qızımın otağında gizlətdim, ona səsini çıxarmamasını tapşırdım. Vasif otaqda qızımla birlikdə qaldı. Həmin gecə qızımla cinsi əlaqədə olub. Təqsirləndirilən şəxslə barışmışam, onun barəsində şikayətçi deyiləm”.
Bu cinayət işinə Ağdam Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə müttəhim 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar













.jpg)
























