Kriminal
Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də...
Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesi iyulun 10-da işini Azərbaycan ərazilərinin vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması nəticəsində zərər çəkmiş şəxslərin ifadələri ilə davam etdirib.
Publika.az xəbər verir ki, zərərçəkmiş şəxs Vüqar Eminov ifadəsində 1994-cü il aprelin 25-də Ağdam rayonunun Güllücə kəndində əsir götürüldüyünü, əsirlik müddətində Şuşa həbsxanasında, Xankəndidəki xüsusi rejimli təcridxanada saxlanıldığını bildirib. O deyib ki, əsirlik müddətində özü və digər azərbaycanlı əsir-girovlar işgəncələrə məruz qalıb, armatur və digər ağır əşyalar ilə döyülüb, bədənlərinə elektrik cərəyanı verilib.
O, digər azərbaycanlı əsir və girovlarla birlikdə işləmək üçün Xocavənd rayonunun Ağbulaq kəndinə aparılıb, 1995-ci il oktyabrın 9-da Qadir və Bayram adlı azərbaycanlı əsir-girovla oradan qaçıb. Oktyabrın 22-də Azərbaycan hərbçilərinin nəzarətində olan ərazilərə keçməklə əsirlikdən xilas olub.
Zərərçəkmiş şəxs İmran Quliyev ifadəsində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalını ağır zirehli texnika və silahlardan atəşə tutub yandırmağa başladıqlarını, soyqırımı zamanı qardaşı Zakirin, bacısı Zöhrənin qətlə yetirildiyini bildirib. O deyib ki, düşmən bacısı Zöhrənin meyitini götürməyə imkan verməyib. Bacısının nəşini üç gün sonra götürə bilib. Qardaşı isə hələ də itkindir. İ.Quliyev isə özü də yaralanıb.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar













.jpg)
























