Kriminal
Xəstəxanada çəkilən video haqda detallar məlum oldu - 3 nəfərə cinayət işi açıldı
Beyləqanda həkimi şantaj etməklə pul tələb edən şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər.
Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının sabiq şöbə müdiri Quliyev Fəxrəddin Əli oğlunun və Nemətli Mehriban Səyyad qızının sosial şəbəkələrdə yayılan görüntülərinin təfərrüatları məlum olub.
Aparılmış araşdırmalarla bir sıra şəxslərin qanunsuz hərəkətləri müəyyən olunduğundan fakta görə cinayət işi başlanıb.
Müəyyən edilib ki, Mehriban Nemətli tanışı Çinarə Nəsirli ilə cinayət əlaqəsinə girərək Fəxrəddin Quliyevlə aralarında 1 ildən artıq olan pul qarşılığında münasibətləri əks etdirən görüntülərin xidməti otaqda gizli çəkilişini aparıblar. Tərəflər həmin görüntüləri F.Quliyevin oğlu, həkim-stomotoloq olan Fuad Quliyevə və digər şəxslərə ötürməklə sosial şəbəkələrdə yayacağı hədəsi ilə pul tələb ediblər.
Qanunsuz tələblə razılaşmayan Fuad Quliyev atasına qarşı törədilən hərəkətlərin onun üzərindən yayındırılması üçün sifarişlə başqa qadın vasitəsilə Mehriban Nemətlini həqiqətə uyğun olmayan başqa video çəkməyə məcbur etməklə, çəkilən videonu sosial şəbəkələrdə yayıblar.
Hazırda Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə, pornoqrafik materialların yayılması maddələri ilə başlanan cinayət işi üzrə Mehriban Nemətli, Çinarə Nəsirli, Fuad Quliyev istintaqa cəlb ediliblər.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
-
Rəsmi xronika11:20Prezident Braziliya səfirinin etimadnaməsini qəbul etdi
-
MDB10:54Rusların azərbaycanlılarla oxşar olan dərdi: Toy neçəyə başa gəlir?
-
Köşə10:24Şuşadan dünyaya mesajlar: Niyə ona bu qədər güvənirik...
-
Qoroskop09:48İnsanların zəif tərəflərindən istifadə edən 4 bürc
-
Magazin208:36Məşhur müğənni və model həbs edildilər - FOTO
-
Magazin207:4757 yaşını 500 karatlıq brilyantla qeyd etdi - FOTO
-
İdman06:46Həbib MMA-da bu qaydanın dəyişməsini istəyir
-
Magazin206:16Azərbaycanlı reper narkotik təbliğatına görə cərimələndi







































