Kriminal
Bakıda hənbəlilik məzhəbini yaymaq istəyən şəxsə - Bu cəza verildi
Türkiyədən Azərbaycana hənbəlilik dini məzhəbinə dair qadağan olunmuş kitablar gətirən şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Publika.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Suraxanı rayon sakini 1982-ci il təvəllüdlü Zahir Xafisova Cinayət Məcəlləsinin 167-3.1-ci (Dini ekstremist materialları hazırlama, saxlama, yayma və ya bu əməlləri maliyyələşdirmə) maddəsi ilə iş açılıb. Cinayət işinin materialları baxılması üçün rayon məhkəməsinə göndərilib.
Araşdırmalarla müəyyən edilib ki, təqsirləndirilən şəxs 2023-cü il noyabrın 3-ü Azərbaycanı Türkiyə istiqamətində tərk edərək İstanbul şəhərinə gedib. Oradan dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və bunu əsaslandıran, belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran dini ekstremist materialları, yəni “Abdullah Yolcu. Ehl-i Sünnet vel-cemaate göre İman”, “Müsned el-Kahtani. Küçük ve gizli şirk”, “Tevhid risalesi”, “Muhammed bin Abdulvahhab ve Need uleması. EdDürerüs-seniyye fil-ecvibetin-Necdiyye” adlı kitabları müxtəlif yollarla əldə etməklə noyabrın 7-si İstanbul-Bakı reysi ilə ölkəmizə gətirib.
O, Hövsan qəsəbəsində yerləşən fərdi yaşayış evində həmin kitabları dini düşmənçilik və dini fanatizm zəminində saxlayıb. Qeyd edilən dini ekstremist məzmunlu kitablar 29 oktyabr 2024-cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən evə keçirilən baxış zamanı aşkar edilərək götürülüb.
Həmfikirləri arasında “Abdulzahir” ləqəbi ilə tanınan şəxs ifadəsində bildirib ki, Türkiyəyə toyda iştirak etmək məqsədilə gedibmiş və kitabları da həmin vaxt alıb.
Suraxanı Rayon Məhkəməsinin hökmü ilə o, qeyd edilən maddə ilə təqsirli bilinib və 9 min manat cərimə olunub.
Qeyd edək ki, hənbəlilik İslam dininin Əhli-Sünnə istiqamətində 4 əsas məzhəbdən biridir.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






































