Kriminal
Dəhşət: Ata illərlə qızlarını və oğlunu zorlayıb
Kazanda Tatarıstan Respublikasının Ali Məhkəməsi uzun illər ərzində 4 qızını və bir oğlunu zorlayan 45 yaşlı yerli sakin, çoxuşaqlı ataya qarşı cinayət işinə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə “Tatar-inform” məlumat yayıb.
Bildirilir ki, həmin şəxs ittihamı rədd edir. Onun sözlərinə görə, uşaqlar sadəcə olaraq onu mənzilindən məhrum etmək istəyirlər.
Məlumata görə, təqsirləndirilən şəxs Tatarıstanın rayonlarından birində yerləşən kiçik şəhərcikdə yaşayıb. Həyat yoldaşı ilə birlikdə uşaq böyüdüb. Çox içən olub, heç vaxt işləməyib. Ailəni demək olar ki, işi ilə əlaqədar olaraq çox vaxt evdə olmayan həyat yoldaşı dolandırıb. Bundan istifadə edən müttəhim 2009-2024-cü illərdə uşaqlarına təcavüz edib. Onlar altı yaşından cinsi zorakılığa məruz qalıblar.
Bildirilir ki, kişi bu haqda danışacaqları halda onları öldürməklə hədələyib. Qurbanların anasının baş verənlərdən xəbəri olmayıb. Nəhayət, böyük bacılardan biri evlənib və hər şeyi ərinə danışıb. O, kömək üçün bacanağına müraciət edib və onlar birlikdə şübhəlinin evinə gediblər. Nəticədə qızların atası hər şeyi etiraf edib.
Adəm
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı







































