Kriminal
"TikTok"da tanış olduğu qadının uşaqlarına dəhşətli işgəncələr verdi
"TikTok"da tanış olduğu qadınla birlikdə yaşamağa başlayan Kənan Abdullayev onun 6 və 10 yaşlı uşaqlarına dözülməz işgəncələr verib.
Publika.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, uşaqların atasının məsələdən xəbərdar olmasından sonra cinayətin üstü açılıb.
Hadisə azyaşlıların anasının Kənanla birlikdə yaşamaq üçün onun kirayə qaldığı evə köçməsi ilə başlayıb. Həmin vaxta kimi Aytac (şərti) əri ilə birgə yaşayırmış. O, ötən ilin noyabr ayında uşaqlarını götürüb evdən çıxıb, bir daha geri qayıtmayıb. Hətta ailəsi onun itkin düşməsi ilə bağlı polisə müraciət edib.
İstintaq materiallarına görə, Aytac sevgilisinin yanına köçəndən sonra uşaqlarının qara günləri başlayıb. Belə ki, Kənan guya tərbiyələndirmək adı ilə uşaqları mütəmadi olaraq döyüb, onlara müxtəlif formalarda işgəncələr verib.
Kənan uşaqların səs-küy salaraq onun istirahətini pozduqlarını bəhanə edərək bacı-qardaşa şillə və yumruq zərbələri vurub. Bundan əlavə azyaşlıların hər ikisinin başlarını bir-birinə toqquşdurub, onları tək ayaq üstə saxlayıb. Ən dəhşətlisi isə odur ki, Kənan mətbəx bıçağını qazın üstündə qızdıraraq uşaqların qoluna bir neçə dəfə damğa basıb. Nəticədə köməksiz uşaqlar yanıq xəsarətlərindən bir neçə gün ağrı, əzab çəkiblər. Amma bu da son deyil…
Növbəti günlərdə bacı-qardaş evdə oynadıqlarında yenə səs-küy salıb, əşyaların yerini dəyişiblər. Buna əsəbiləşən Kənan onları iplə döyüb, ayaqlarından dartaraq sürüyüb. Hətta uşaqlardan birini binanın 7-ci mərtəbəsindən aşağı sallayaraq öldürəcəyi ilə qorxudub.

Bir müddət sonra uşaqların atası bu hadisələrdən xəbər tutub. O, övladlarının qollarındakı yanıq xəsarətlərini gördükdən sonra polisə məlumat verib. Faktla bağlı cinayət işi başlanılıb.
Bundan sonra Aytac Kənandan ayrılıb. O, uşaqlarını da götürərək ərinin yanına qayıdıb və hazırda birgə yaşayırlar.
Kənan məhkəmədə təqsirini qismən etiraf edib. Yalnız uşağı 7-ci mərtəbədən aşağı sallayaraq ölümlə hədələməsini inkar edib. Bütün hərəkətləri də uşaqları tərbiyələndirmək üçün etdiyini deyib. İşgəncə görən azyaşlı uşaqlar da qanuni nümayəndənin iştirakı ilə məhkəmədə ifadə veriblər. Onlar da hakim qarşısında yaşadıqlarını etiraf ediblər.
İttiham digər şahidlərin ifadələri ilə də təsdiqini tapıb.
Məhkəmənin hökmü ilə Kənan Abdullayev əzab verməkdə və sağlamlığa ağır zərər vurmaqla hədələməkdə təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrum edilib.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






































