Kriminal
Xırdalanda qazi evində bıçaqlandı
Abşeron rayonunda Vətən müharibəsi qazısı bıçaqlanıb.
Publika.az xəbər verir ki, hadisə rayonun Xırdalan şəhəri ərazisində baş verib. Vətən müharibəsi iştirakçısı Rövşən müharibədən sonra aldığı baş-beyin travmalarına görə mütəmadi olaraq ağrıkəsici dərmanlar atırmış. O, müharibədə aldığı zədələrə görə əsəbi olduğundan ailəsindən də ayrılıb, tək yaşayırmış.
Bir müddət əvvəl evdə tək olan Rövşənin yenidən ağrıları başlayıb və o, dostlarını köməyə çağırıb. Nəcəf, Ozan və Nahid Rövşənə yardım etmək üçün gediblər. Onlar evə daxil olanda mənzilin dağınıq olduğunu görüblər və Rövşənin evini səliqəyə salmağa başlayıblar. Bu vaxt Rövşənlə Ozan arasında mübahisə başlayıb və onlar əlbəyaxa olublar. Bu vaxt Ozan mətbəxdəki bıçağı götürərək Rövşənə beş bıçaq zərbəsi endirib.
Rövşən digər dostlarının sayəsində xəstəxanaya çatdırılıb.
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Məhkəmənin hökmü ilə Ozan Ağayev 3 il 6 ay azadlıqdan məhrum edilir.
Tərəflər arasında barışıq elan olunduğundan məhkəmə Ozanın cəzasını şərti hesab edir.
(Oxu.az)
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






































