Kriminal
"Beniz"in işində məhkəməyə yeni faktlar təqdim ediləcək
Tanınmış tiktoker, "Beniz" ləqəbli Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Publika.az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən qadının vəkili müvəkkilinin himayəsində azyaşlı övladının olmasını və səhhəti ilə bağlı müəyyən problemləri əsas gətirərək onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı yenidən məhkəməyə vəsatət təqdim edib. Məhkəmə bu vəsatəti təmin etməyib.
Zərərçəkən Xalid Kərimovun vəkili isə öz növbəsində prosesdə müəyyən vəzifəli şəxslərlə bağlı faktların təqdim oluna biləcəyini əsas gətirərək iclasların qapalı keçirilməsini xahiş edib və buna görə vəsatət təqdim edib.
O, həmçinin cinayət işinin ibtidai istintaq zamanı yanlışlıqlara yol verildiyi və bununla bağlı zərərçəkənin müvafiq qurumlara müraciət ünvanladığını bildirməklə yanaşı, növbəti proseslərdə məhkəməyə yeni faktlar təqdim edəcəyini deyib.
Vəkilin digər vəsatəti isə zərərərçəkənin onkoloji xəstəliyi ilə bağlı ölkə xaricində müalicə olunduğu üçün iclasa videokonfrans vasitəsiylə qoşula biləcəyinə dair olub. Məhkəmə iclasların qapalı keçirilməsi məsələsini təmin etməsə də zərərçəkənin prosesə videokonfransla qoşula biləcəyini barədə vəsatəti təmin edib.
Məhkəmə iclasında Aybəniz Xəlilovaya sərbəst ifadə üçün söz verilib. Lakin o, prosesin hazırkı mərhələsində bu hüquqdan imtina edərək cinayət işində zərərçəkən kimi tanınan Xalid Kərimovun öncə ifadə verməsini istəyib. Sentyabrın 9-da keçirilməsi nəzərdə tutulan növbəti iclas zərərçəkən Xalid Kərimovun ifadəsi ilə davam edəcək.
A.Xəlilova isə öz növbəsində zərərçəkənlə barışdığını bildirib və hazırda onunla hər hansı bir münaqişəsinin olmadığını deyib. Zərərçəkənin öncəki vəkillərindən fərqli olaraq işə yeni qoşulan vəkili də tərəflər arasında hazırda münaqişənin olmadığını bildirib. O, mübahisənin bu dərəcəyə çatmasını isə istintaq zamanı yol verilən müəyyən yanlışlıqlarla əsaslandırıb.
Qeyd edək ki, "Beniz" ləqəbli tiktoker barəsində sevgili olduğu X.Kərimov Suraxanı Rayon Polis İdarəsinə etdiyi şikayət əsasında Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanıb. Aybəniz Xəlilova Xalid kərimovdan hədə-qorxu ilə hissə-hissə olmaqla 500 min manat almaqda təqsirləndirilir. A.Xəlilova barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
-
İdman21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin220:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin219:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm
-
Hadisə16:12DİN əməliyyatlar keçirdi, saxlanılanlar arasında İran vətəndaşı da var
-
Avropa15:35Fransada dəhşət: Yeniyetmələr məktəbi yandırdılar














.jpg)





















.jpg)