Kriminal
Etimad İsmayılovun qatilinin yeri bilindi - Ev həbsindən yayınan Dəmirov görün hara gedib
"Etimadın qatili hazırda Belarusiyadadır".
Bu barədə Publika.az-a Ədalət Partiyasının sabiq sədri, mərhum İlyas İsmayılovun qardaşı oğlu Gündüz İsmayılov məlumat verib.
"Bir il öncə onkoloji xəstəliyinə görə ev dustaqlığına buraxılıb. O isə qanunsuz olaraq ölkəni tərk edib. Onun həyat yoldaşı belarusiyalıdır. Bildiyimizə görə, Gözəl Dəmirov da Belarusiyaya - həyat yoldaşının yanına gedib”, - deyə o bildirib.
G.İsmayılov G. Dəmirovun Etimad İsmayılovu qətlə yetirdiyinə görə 18 il həbs cəzası aldığını qeyd edib:
“O, çox nankor adamdır. Əmim oğlunu öldürməmişdən bir müddət öncə, borca görə onun öz ailə üzvlərini girov götürmüşdülər. Etimadın zəngi ilə ailəsi azadlığa buraxılmışdı. Məhkəmədə də rəhmətlik əmim (İlyas İsmayılov - red.) dedi ki, niyə belə etdin? Cavab verə bilmədi".
Qeyd edək ki, 2018-ci ildə Etimad İsmayılovu qətlə yetirən Gözəl Dəmirov onkoloji xəstəlikdən əziyyət çəkməsi səbəbilə Türkiyədə həbsxanadan azadlığa çıxıb. Amma o, azadlığa çıxdıqdan sonra ev həbsindən yayınaraq Türkiyəni tərk edib.
Türkiyədə qətlə yetirilmiş Etimad İsmayılov Ədalət Partiyasının sabiq sədri, mərhum İlyas İsmayılovun oğludur.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı



















.webp)


















