Kriminal
Tərtərdəki əməliyyatda həbs edilən məmur azadlığa buraxıldı
Tərtər Rayon İcra Hakimiyyəti Aparatının Memarlıq və Tikinti şöbəsinin rüşvət ittihamı ilə həbs edilən sabiq müdiri, baş memar Tofiq Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.
Məhkəmə təqsirləndirilən şəxsə külli miqdarda rüşvət alma və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ittihamlarını əsaslı hesab etməyib.
T.Kərimov dələduzluqda təqsirli bilinib. Ona bu cinayətlə 2 il azadlıqdan məhrum etmə cəzası təyin olunub. Lakin onun 2023-cü ildən həbsdə saxlanıldığı müddət nəzərə alınaraq cəzası çəkilmiş hesab edilib və məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Tofiq Kərimov 2023-cü ilin avqustunda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat zamanı həbs olunub. İstintaqla onun rayon ərazisində tikinti işlərinə icazə verilməsi müqabilində 33 min manat tələb etməsinə və bu məbləğin 25 min manatını almasına dair əsaslı şübhələr müəyyən edilib. Prokurorluq onun rüşvət alarkən saxlanıldığını bildirib.
T.Kərimov məhkəmədə özünü təqsirli bilməyib. O, tikintiyə icazə vermək səlahiyyətinin olmadığını, yalnız müraciətlərin çoxluğu səbəbindən dolayı köməklik göstərməyə razılıq verdiyini deyib və əməlindən peşman olduğunu bildirib.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı



















.webp)


















