Kriminal
5 aydır itkin düşmüşdü - Öldürüldüyü aşkarlandı
Ötən illərdən bağlı qalmış cinayət işlərinin üstünün açılması, o cümlədən itkin düşmüş şəxslərlə bağlı faktların araşdırılması məqsədilə Baş Prokurorluq tərəfindən kompleks tədbirləri həyata keçirilir.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Publika.az-a bildirilib ki, həyata keçirilən tədbirlərin davamı olaraq, 5 ay əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi faktı müəyyən olunub.
Belə ki, Qazax rayonunun Aşağı Salahlı kənd sakini, 2000-ci il təvəllüdlü Tamerlan Sadıqovun cari il martın 20-də itkin düşməsi faktı üzrə Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Prokurorluq tərəfindən icra olunan çoxsaylı istintaq hərəkətləri, verilmiş əməliyyat tapşırıqları və digər prosessual hərəkətlər nəticəsində Tamerlan Sadıqovun həmkəndlisi, 1998-ci il təvəllüdlü Xaliq Məmmədrzayev tərəfindən qəsdən öldürüldükdən sonra fərdi yaşayış evinin həyətində basdırılmasına əsaslı şübhələr müəyyən olunub.
T.Sadıqovun meyiti basdırıldığı yerdən qazılaraq çıxarılıb və aidiyyəti üzrə müayinənin aparılması üçün ekspertizaya təqdim edilib.
Xaliq Məmmədrzayev avqustun 20-də cinayət işi üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə istintaq davam etdirilir.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı



















.webp)


















