Kriminal
İsmayıl Vəliyevin kadrına da cinayət işi açıldı
Neftçala rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edilib.
Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, rayonun hazırda həbsdə olan eks-icra başçısı İsmayıl Vəliyevin dövründə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsini icra edən Gülqədəm Mirzəzadə mənimsəmədə ittiham olunur.
Prokurorluq tərəfindən aparılan araşdırma zamanı onun qulluq mövqeyindən istifadə edərək xeyli miqdarda vəsaiti mənimsədiyi müəyyən edilib. Təqsirləndirilən şəxs həbsdə deyil, məhkəməyə qədər barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilib.
G.Mirzəzadə 2016-ci ildən indiyədək “Neftçalada Qadınların Sosial İnkişafına Dəstək” ictimai birliyinin sədridir.
İş üzrə ilkin istintaq tamamlanıb.Təqsiri sübuta yetiriləcəyi halda xanım müttəhimi 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
.jpg)
Gülqədəm Mirzəzadənin fəaliyyəti əsasən İsmayıl Vəliyevin dövrü ilə bağlıdır. Onu elə İ.Vəliyev Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsinə təyin edib. Fəaliyyəti dövründə müxtəlif qalmaqallarda adı hallanıb. Mediada onun borcunu istəyən vətəndaşı döyməsi, diplomunun saxta olması barədə iddialar yayılıb. İ.Vəliyev həbs edildikdən sonra G.Mirzəzadə 2 il kənd bələdiyyə sədri kimi fəaliyyətini davam etdirib.
Xatırladaq ki, korrupsiya cinayətlərində təqsirli bilinən İsmayıl Vəliyevə 6 il 2 ay həbs cəzası verilib.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı



















.webp)


















