Kriminal
Əfsanənin həyat yoldaşı onu dəfələrlə bıçaqla hədələyib - Lənkərandakı qətlin təfərrüatları
Lənkəranda baş vermiş qətlin bəzi detalları üzə çıxıb.
Publika.az xəbər verir ki, mərhumun qohumunun sözlərinə görə, hadisə baş verən gün Əfsanə Lələzadə işə getmək üçün yola çıxıb:
"Yolun aşağısı ilə gəlirdim, Əfsanə mənə salam verdi, işə gedirdi. Daha sonra səs eşitdim, elə bildim uşaqdır, itin qorxusundan qışqırır. Çıxdım dəmiryoluna baxdım ki, iki nəfər bir nəfərin başının üzərində durub".
Mərhumun dayısı isə bildirib ki, Ə.Lələzadə dəmiryolundan keçərkən izlənilib, daha sonra bıçaqla xəsarət yetirilib.
Məlumata görə, Əfsanə Lələzadə son 4 ilə yaxın anası ilə yaşayıb. Onun həyat yoldaşı Nicat Lələzadə uzun müddət ailə ilə maraqlanmayıb və dəfələrlə qadını bıçaqla hədələyərək boşanmasına imkan verməyib.
xxx
11:55
Lənkəranda baş verən qətlin təfərrüatları məlum olub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, qətlə yetirilən 34 yaşlı Əfsanə Əkbər qızı Lələzadənin dayısı bildirib ki, onu qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı Nicat Lələzadə ilə onların münasibətləri uzun müddətdir gərgin olub və tərəflər təxminən 5 ilə yaxın ayrı yaşayıblar.
Məlumata görə, Əfsanə həyat yoldaşından boşanmaq istəyib. Nicat isə buna etiraz edib. Hadisə baş verən gün səhər saatlarında Nicat Lələzadə Əfsanənin evdən çıxmasını gözləyib. Əfsanə dükanın qarşısına çatanda aralarında mübahisə yaranıb. Bu zaman Nicat özü ilə gətirdiyi bıçaqla qadına bir neçə zərbə endirib.
Ağır xəsarət alan Əfsanə xəstəxanaya çatdırılsa da, həkiməqədər ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma Lənkəran rayon prokurorluğunda davam etdirilir.
***
Lənkəranda qətl hadisəsi baş verib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, rayonun Liman şəhəri ərazisində 34 yaşlı qadın ailədaxili münaqişə zəminində qətlə yetirilib.
Belə ki, 1991-ci il təvəllüdlü Əfsanə Əkbər qızı Lələzadə bədənin müxtəlif nahiyələrindən, o cümlədən boynundan aldığı kəsilmiş-deşilmiş xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib.
Xəstəxanadan verilən məlumata görə, qadın ora çatdırılarkən artıq həyatını itirmiş vəziyyətdə olub və həkiməqədər ölüm faktı qeydə alınıb.
Əldə olunan ilkin məlumatlara əsasən, qadının həyat yoldaşı qətlin əsas şübhəlisi kimi saxlanılıb. Meyit daxili və xarici ekspertiza olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
-
Nəqliyyat22:35İldırımlı havaya görə AZAL-ın bu uçuşları LƏĞV OLUNDU
-
Magazin222:12Ali Ağaoğlu 72 yaşında 6-cı dəfə ata olacaq
-
Magazin221:00Türkiyədə daha 8 məşhurun BAŞI DƏRDDƏ
-
Sosial19:24Sabiq başçının oğluna aldığı "Range Rover" BU QİYMƏTƏ SATILDI
-
Kriminal19:12Əvvəl xalası oğlunu bıçaqladı, sonra arvadını öldürdü - Dəhşətli qətlin TƏFƏRRÜATI
-
Dünya17:35ABŞ və İran arasında müharibə bu tarixdə yenidən alovlana bilər - Patrik Uolş
-
MDB16:54Rusiya Ermənistana nota verdi
-
Sosial15:56"WhatsApp"da yeni funksiya: Bir dəfə oxunan mesajlar






.png)


_(1).png)



























