Kriminal
Hakim “onun evində kirayə qalırdım” deyib - İşdən imtina etdi
Azərbaycan məhkəməsində maraqlı hal yaşanıb.
Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, kuryoz hadisə Neftçala Rayon Məhkəməsində yaşanıb.
Hakim Ceyhun Qədimov mənimsəmədə ittiham olunan xanım müttəhimin anket məlumatlarını elan edərkən sürprizlə qarşılaşıb. Maraqlısı odur ki, hakimin qarşısındakı cinayət işi evində kirayə qaldığı qadına aid imiş.
Qanunun tələbinə uyğun olaraq hakim dərhal özü-özünə etiraz edib. İşin onun icraatından alınması üçün apellyasiya instansiyasına müraciət göndərib.
Eyni zamanda məhkəmənin sədri olan hakim etirazında yazır ki, Neftçala rayonunda evi olmadığı üçün hər ay 320 manat ödəməklə təqsirləndirilən şəxsin mənzilində kirayə qalıb. Buna baxmayaraq son günlərə qədər ev sahibinin hansısa cinayətdə ittiham olunduğunu bilməyib. Bunun da əsas səbəbi təqsirəndirilən şəxsin istintaq müddətində azadlıqda olmasıdır. Məsələdən xəbər tutan kimi mənzildən köçüb. Sözügedən cinayət işi isə elektron məhkəmə sistemində təsadüfü bölüşdürmə zamanı onun icraatına düşüb.
Şirvan Apellyasiya Məhkəməsi obyektivlik baxımından etirazı əsaslı hesab edib. İş Neftçala Rayon Məhkəməsinin icraatından alınaraq ərazi baxımından ən yaxın olan Salyan Rayon Məhkəməsinə göndərilib.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı


















.webp)



















