Kriminal
Göyüşovun Amerika səfirliyində yarım milyonluq yeyintisi...
ABŞ-nin Azərbaycandakı səfirliyinin təsərrüfat şöbəsinin məsul əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub.
Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, səfirlikdə 20 ilə yaxın çalışan Rafiq Göyüşov yarım milyon manatdan artıq dələduzluqda ittiham olunur.
Cinayət işi Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində istintaq edilib.
İstintaq materiallarına əsasən, Göyüşovun qanunsuz əməllərindən biri xaricdən gələn səfirlər və digər əməkdaşların müvəqqəti yerləşdirilməsi üçün ayrılan vəsaitlərin ələ keçirilməsi ilə bağlıdır. Məsələn, qonaq üçün günlük 200 manata kirayə mənzil tutulduğu halda, o, sənədlərdə bu məbləği 400 manat kimi göstərib. Bu və digər oxşar halların nəticəsində yarım milyondan artıq vəsait ələ keçirilib.
İlkin istintaqın sonunda Rafiq Göyüşova CM-nin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham elan olunub. Onun barəsində məhkəməyə qədər “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.
ABŞ səfirliyinin zərərçəkmiş qismində tanındığı iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılacaq.
Təqsirləndirilən şəxsin vəkili İlham Əsədov isə saytımıza açıqlamasında müvəkkilinin ittihamla razılaşmadığını deyib.
Qeyd edək ki, R.Göyüşov dəymiş ziyanı ödəməyib. Təqsirli bilinərsə, onu 10 ildən 14 ilədək həbs cəzası gözləyir.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı


















.webp)



















