Kriminal
Balıq satan qadın birjaya 16 min dollar “yatırdı” - Hamısını itirdi
Özünü şirkət rəhbəri kimi təqdim edərək dələduzluq əməllərində təqsirləndirilən 1981-ci il təvəllüdlü Rövşən Həsənov həbs olunub.
Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bir müddət əvvəl o, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirləndirilib və 6 il 6 ay həbs cəzasına məhkum edilib.
Bundan sonra isə onun başqa bir vətəndaşı gəlir gətirən investisiya adı ilə aldadaraq 16 min dollar (27600 manat) alması müəyyən edilib. Məlum olub ki, Rövşən 2022-ci ilin avqust ayının 3-də Bakının Nəsimi rayonunda yerləşən “Təzə bazar”da balıq satan Sevil adlı qadının 16 min dollarını alıb.
O, qadınla Masazırda görüşərək pulu götürüb və aylıq 10 faizlik gəlir vəd edib. Özünü Sevilə şirkət rəhbəri kimi təqdim edib, birjada kampaniya olduğunu deyib və hər 1000 ABŞ dollarına 100 ABŞ dolları qazanc əldə edəcəyinə inandırıb. Lakin bir müddət sonra pullarını itirdiyini görən qadın hüquq-mühafizə orqanlarına müraciət edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rövşənə 6 il 6 ay cəza verilib. Daha sonra Abşeron Rayon Məhkəməsinin hökmü ilə cəzası ağırlaşdırılaraq 7 il 8 aya çatdırılıb.
-
Magazin220:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin219:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm
-
Hadisə16:12DİN əməliyyatlar keçirdi, saxlanılanlar arasında İran vətəndaşı da var
-
Avropa15:35Fransada dəhşət: Yeniyetmələr məktəbi yandırdılar
-
MDB14:30Rusiya: 1 günə 70 bina ələ keçirmişik



















.jpg)

















.jpg)