Kriminal
Bako Sahakyan məhkəmədə Şuşaya “S-300”ün kim tərəfindən göndərildiyini açıqladı
Avqustun 29-da Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələr və ona aid elan olunan digər sənədlər səsləndirilib.
Publika.az xəbər verir ki, təqsirləndirilən şəxs Bako Sahakyan ibtidai istintaqda ifadəsində bildirib ki, o, 1993-1995-ci illərdə qondarma rejimin “müdafiə ordusu”nda “maddi-texniki təchizat üzrə qərargah rəisi” işləyib. 1994-cü ilin mayında atəşkəs elan olunan dövrədək aparılan döyüş əməliyyatlarında hərbi qüvvələrin birbaşa təchizatının təminatında iştirak edib.
Bako Sahakyan 2015-2020-ci illərdə Şuşa şəhərində olan “S-300” raket kompleksini Ermənistanın Müdafiə Nazirliyinin göndərdiyini deyib.
Onun ifadəsində göstərilib ki, ümumiyyətlə, 2020-ci ildə baş vermiş 44 günlük müharibədən əvvəlki və sonrakı dövrlərdə silah-sursat, hərbi texnika və şəxsi heyət təminatı Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən bu ölkənin dövlət büdcəsi hesabına təmin olunub.
Bako Sahakyan ifadəsində bildirib ki, Ermənistan Müdafiə Nazirliyi qondarma rejimin "müdafiə nazirliyi”ni silah-sursat və digər hərbi təminatla təchiz edib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
















.webp)





















