Kriminal
Anasını hoteldə öldürməkdə ittiham edilən yeniyetmə - “Məni həbs edin”
İki gün əvvəl anasını hoteldə qətlə yetirməkdə ittiham olunan yeniyetmə məhkəmə qarşısına çıxarılıb.
Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 16 yaşlı A.Q barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Yeniyetmənin hüquqlarını müdafiə edən vəkil Nicat Mehtixanov müvəkkilinin yaşını nəzərə alaraq barəsində alternativ qətimkan tədbiri seçilməsini təklif etsə də, yeniyetmə özü hakimdən həbs edilməsini xahiş edib.
Müdafiəçi, həmçinin hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan bəzi iddialara da münasibət bildirib. Onun sözlərinə görə, baş verənlər ana ilə oğul arasında əvvəldən mövcud olan münaqişənin davamı olub: “Düzdür, hadisə geyimlə bağlı qısqanclıq mübahisəsi zəminində baş verib. Lakin iddia edildiyi kimi oğulun anasını əvvəldən təqib etməsi və digər deyilənlər həqiqətə uyğun deyil. Onlar elə həmin gün birlikdə Türkiyədən qayıdıblar. Günorta şəhərdə gəziblər, bazarlıq ediblər. Hotelə yerləşdikdən 1-2 saat sonra isə aralarında bir neçə il əvvəldən başlayan mübahisə yenidən davam edib. Nəticədə də sözügedən cinayət hadisəsi qeydə alınıb”.
N.Mehtixanov qətlin Binəqədi rayonunda yerləşən “Crossway” hotelində törədildiyini də təsdiq edib.
Qeyd edək ki, yeniyetmə ilkin olaraq Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilir. Bu maddənin sanksiyasında 9 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulur. Lakin qanunvericiliyə əsasən, 18 yaşına çatmayan şəxslərə 10 ildən artıq həbs cəzası təyin edilə bilməz.
-
Dünya09:28Rusiya sərhədi vurdu: Keçid məntəqəsində yanğın başladı
-
Sosial08:37Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər
-
Pul07:55Azərbaycanda çoxunun evində var: atmayın, 250 manata alırlar - Foto
-
İdman07:15İldə 30 milyon qazanır, amma xoşbəxt deyil: Səbəbini açıqladı
-
Dünya06:16İrandan ABŞ-ın sanksiyalarına reaksiya: Planımız hazırdır
-
Qoroskop01:40Bu bürclərin həyatında köklü dəyişikliklər olacaq
-
Kriminal24 Avqust 23:00Canlı yayımda söyüş söydü, həbs edildi
-
Elm və təhsil24 Avqust 22:04Ana və iki övladı eyni vaxtda tələbə oldu - Foto














.jpg)
.jpg)



.jpg)


.jpg)








.jpg)


