Kriminal
Azərbaycanlı müğənni narkotikə görə həbs edildi
Xankəndi şəhərində müğənni kimi fəaliyyət göstərən şəxs həbs edilib.
Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, 8 aydan artıq müddətdə Xankəndidə yaşayan 1990-cı il təvəllüdlü E.Quliyevin (şərti soyadlı) qaldığı evdə narkotik vasitələr və patronlar aşkar edilib.
Belə ki, polis əməkdaşları daxil olmuş məlumat əsasında müğənninin qaldığı 5 mərtəbəli binanın 4-cü mərtəbəsindəki mənzilə baxış keçiriblər. Bu zaman stolun üstündən bükümdə narkotik vasitə və 7,62 kalibrli patronlar aşkar edilib.
Fakta görə Xankəndi ŞPŞ-də Cinayət Məcəlləsinin 228 və 234-cü maddələri ilə cinayət işi açılıb.
Əslən Laçın rayonunun Minkənd kəndindən olan E.Quliyev Xankəndiyə işləmək məqsədilə gəldiyini və restoranlarda müğənnilik etdiyini deyib. O, patronları yaşadığı mənzildən, narkotiki isə küçədən tapdığını deyib.
Müğənni Xankəndi Şəhər Məhkəməsinin hökmü ilə 7 aylıq həbs edilib.
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı















.webp)






















