Kriminal
Xalasının döydüyü 14 yaşlı yeniyetmə təcavüzə uğrayıb? - SKANDAL İDDİA
Sabunçu rayonunda himayəsində olduğu xalası tərəfindən zorakılığa məruz qalan 14 yaşlı yeniyetmə barədə daha bir dəhşətli iddia yayılıb. Belə ki, onun 21 yaşlı qardaşı tərəfindən təcavüzə məruz qalması haqqında iddialar səsləndirilir.
Publika.az xəbər verir ki, Bizim.Media-ya açıqlamasında "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, iddialarla bağlı istintaq prosesi gedir:
"Məsələ ilə bağlı müxtəlif iddialar var və bu da onlardan biridir. Təcavüz iddiasının informasiya mənbəyindən xəbərsizəm. Bunu rəylərdə qeyd ediblər. Amma onun qardaşı əsgərlikdən yeni gəlib. Ekspertiza nəticəsində hər şey məlum olacaq. Fakt təsdiqini taparsa, əlavə maddə olacaq".
Xatırladaq ki, bir neçə gün öncə Sabunçu rayonunda xalanın azyaşlı bacısı oğluna işgəncə verməsi barədə görüntülər yayılıb. Azyaşlının ata-anasının vəfat etdiyi, xalasının himayəsində yaşadığı bildirilib. Yetkinlik yaşına çatmayan şəxsin fiziki zorakılığa məruz qalması ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində hazırda təhqiqat araşdırmasına başlanılıb. Valideynlərini itirən və qohumları tərəfindən ağır işgəncələrə məruz qaldığı iddia olunan yeniyetmə aidiyyəti qurumlarla koordinasiyalı şəkildə səhiyyə müəssisəsinə yerləşdirilib.
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı















.webp)






















