Kriminal
Hərbi xidmətə getməkdən boyun qaçırdı: Məhkəmə zalında...
Şəki Apellyasiya Məhkəməsində hərbi xidmət keçməkdən boyun qaçırmaqda təqsirləndirilən Bayram Məlikovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Zamin Tahirovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib, Şəki Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb.
İttihama görə, 2004-cü il təvəllüdlü Bayram Məlikov müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmadığı halda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin çağırışına əsasən çağırışçı kimi Şəki rayon çağırış komissiyasında tibbi komissiyadan keçərək “hərbi xidmətə yararlıdır” hesab olunub və çağırış vərəqəsi ilə N saylı hərbi hissəyə göndərilməsi təyin edilib. Lakin o, üzrsüz səbəbdən 22 iyul 2022-ci il tarixdə təyin olunmuş məntəqəyə gəlməyib, həmçinin sonrakı tarixlərdə də çağırışdan qəsdən yayınaraq hərbi xidmətə getməkdən boyun qaçırıb.
Şəki Rayon Məhkəməsinin hökmü ilə Bayram Məlikov 1 il 9 ay 3 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və o, məhkəmə iclas zalından dərhal həbs olunub. Hökmündən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti vermişdi.
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı















.webp)






















