Kriminal
Beyləqanda silahlı insident: 2 nəfər xəstəxanaya yerləşdirildi
Sentyabrın 6-da saat 13 radələrində Beyləqan rayonunun Şahsevən qəsəbəsinin ərazisindəki kafedə üç kənd sakini arasında münaqişə baş verib.
Publika.az xəbər verir ki, insident zamanı odlu silahla xəsarət alan 2 nəfər qəsəbə sakini - 1988-ci il təvəllüdlü Məmmədov Natiq Tofiq oğlu və 1983-cü il təvəllüdlü Fərzəliyev Zamiq Nürəli oğlu Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisəni törədən qəsəbə sakini 1988-ci il təvəllüdlü Əhmədov Ceyhun Rza oğlunun isə hüquq- mühafizə əməkdaşları tərəfindən saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
TƏBİB-dən verilən məlumata görə xəsarət alanlardan biri əməliyyata alınıb, digərinə isə sol baldırın “çoxqəlpəli açıq yerdəyişən sınığı” diaqnozu təyin edilib. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı














.webp)






















