Kriminal
Rusiyadan Mingəçevirə gəldi, anasını döyən şəxsi küçədə bıçaqladı
Mingəçevirdə 41 yaşlı kişi anasını döyən qonşusunu bıçaqlayıb.
Publika.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində baş verib. Şəhər sakini, 1984-cü il təvəllüdlü Şakir Aslanov (ad və soyad şərtidir) Rusiyaya işləməyə gedir və oradan anasına aylıq pul göndərir. Bundan xəbər tutan anasının rəfiqəsi ondan borc pul istəyir. Qadın da razılaşır və rəfiqəsinə 7 min manat borc verir. Bir müddətdən sonra qadın rəfiqəsindən borcunu tələb edəndə, onların arasında soyuqluq yaranır.
Hadisədən bir müddət sonra qadın yenidən pulunu tələb edərkən rəfiqəsi həyat yoldaşı ilə birlikdə gəlib qadını döyürlər.
Rusiyadan qayıdan Şakir Aslanov bu hadisəni eşitsə də, anası ondan sakit olmağı xahiş edir. Ş.Aslanov həyətlərindən qarpız alıb məhəllədə oturur və qarpızı kəsmək üçün anasından bıçaq alır. Daha sonra anası ondan mağazadan ərzaq almağı xahiş edir. Şakir bıçağı cibinə qoyub mağazaya tərəf gedəndə, yolda anasını döyən rəfiqəsi və onun həyat yoldaşını görür. O, anasının döyülmə səbəbini soruşarkən aralarında mübahisə başlayır. Mübahisə nəticəsində Şakir qadının həyat yoldaşını bıçaqlayır.
Hadisə yerinə polis əməkdaşları gəlirlər və faktla bağlı cinayət işi başlanır.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Aslanov 6 il azadlıqdan məhrum edilib.
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı














.webp)






















