Kriminal
Nəsimidə əməliyyat keçirildi - Saxlanılanlar var
Nəsimi rayonunda növbəti əməliyyatlar zamanı 7 kq narkotik vasitə dövriyyədən çıxarılıb.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyatlar zamanı əvvəllər məhkum olunmuşlar - Məhəmməd Eminov və İsmayıl Vəliyev saxlanılıblar. Onların üzərindən ümumilikdə 7 kiloqramdan artıq narkotik vasitə olan tiryək, həşiş, marixuana, metamfetamin, habelə 35 ədəd psixotrop tərkibli metadon və pregabalin həbi aşkar olunaraq götürülüb.
"Saxlanılanlar ifadələrində narkotik vasitələri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşlarından satış məqsədilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb. M.Eminov və İ.Vəliyevin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də kimliyinin müəyyənləşdirilərək istintaqa cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir".
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
























.jpg)













