Kriminal
66 yaşlı qadın olmayan evini satmaq istədi - Həbs olundu
Dələduzluqda ittiham olunan 66 yaşlı qadın həbs edilib.
Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Nərimanov rayon sakini Ləman Məmmədovaya (adlar şərtidir) hökm oxunub.
O, iş yoldaşı Asim Quliyevə Nərimanov ərazisindəki binalardan birində mənzil satacağını bildirərək ondan 66 100 manat alıb. Ləman pulun böyük hissəsini işlədikləri institutda, qalan məbləği isə yaşadığı evdə alıb.
Lakin bir müddət sonra Ləmanın həmin binada evinin olmadığı müəyyənləşib. Bundan sonra A.Quliyev polisə şikayət edib. Barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə iş açılan qadın həbs olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 oktyabr tarixli hökmü ilə ona 5 il həbs cəzası verilib. Həmçinin mülki cavabdeh kimi 36 100 manat maddi, 3000 manat mənəvi zərərin də ondan tutulması qeyd edilib.
Qeyd edək ki, L.Məmmədova Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərİnşaatlahiyə” İnstitutunda mühəndis vəzifəsində işləyib.
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
























.jpg)













