Kriminal
Ərini çarpayıdan yıxıb öldürən qadına hökm oxundu - Azadlığa çıxa biləcək
Ərini ehtiyatsızlıq nəticəsində öldürməkdə ittiham olunan 39 yaşlı Raidə Mahmudovanın məhkəmə araşdırması başa çatıb.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
İttihamda yazılıb ki, Raidə Mahmudova Xətai rayonu ərazisində birgə yaşadığı mənzildə aralarında yaranan mübahisə zamanı əri Hacı Mahmudovun baş nahiyəsinə küt alətlə zərbələr endirib, daha sonra onu çarpayıdan yerə itələyib. Nəticədə H. Mahmudov aldığı xəsarətlərdən ölüb.
Bu əmələ görə prokurorluq R. Mahmudovaya Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürüb. Həmin maddə ilə 9 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Lakin məhkəmə bu ittihamı təsdiq etməyib. Hakim Vüqar Quliyevin sədrlik etdiyi məhkəmə kollegiyası hesab edib ki, hadisə Cinayət Məcəlləsinin daha yüngül-124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə uyğundur. Bu maddənin sanksiyasında maksimum 3 il həbs var. Yekunda Raidə Mahmudova 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məntəqə tipli cəzaçəkmə müəssisəsində saxlanılacaq. Bu tip müəssisələrdə cəza çəkən məhkumlara isə müəyyən şərtlər daxilində müəssisə hüdudlarından kənara çıxmağa icazə verilir.
Cəza müddəti xanım müttəhimin tutulduğu gündən - 25 oktyabr 2024-cü ildən hesablandığından yuxarı instansiya məhkəmələri hökmü qüvvədə saxlayacağı halda Raidə 6 ay sonra tam azad olacaq.
-
Nida Xəbər 11:17Kərim Vəliyev təltif edildi
-
Nida Xəbər 10:44Qod Nisanovun bu addımı Rusiyada gündəm oldu
-
MDB09:12Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı
-
Nəqliyyat08:49Bakıda taksi sürücülərinin gizli oyunu - Bunu istəsələr, etməyin!
-
Hadisə07:35Zəhranın öldüyü qəzada sürücünü hansı cəza gözləyir?
-
Sosial02:44Bakı səmasında möhtəşəm hilal görüntüsü - Foto
-
Qoroskop00:45Günün ulduz falı: gələn təkliflər yeni qapılar açacaq
-
Hadisə17 İyun 21:39Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı - Mən o videoya baxdım...







_(1).png)


.png)













.jpg)



.jpg)








