Kriminal
Bacısını öldürdüyünü düşünüb “102”yə zəng edibmiş...
Bu ilin mayında Goranboyun Nizami kəndində bacısını bıçaqlayan Novruz Şirazovun (ad-soyad şərtidir) məhkəmə prosesi başa çatıb.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 32 yaşlı təqsirləndirilən şəxs 11 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Hadisə isə qısqanclıq zəminində baş verib. Belə ki, bacısı Lamiyə Şirazovanın nikahdankənar hamilə olduğunu eşidən qardaş onu öldürmək qərarına gəlib.
Novruz hadisə günü Lamiyənin evdə tək olması üçün bir qədər gözləməli olub. Gözlədiyi an çatanda isə Novruz mətbəx bıçağı ilə bacısının hamilə olduğunu bilə-bilə ona bir bıçaq zərbəsi endirib.
Lakin bıçağın daxilə nüfuz etmədiyini görən Novruz bacısının boğaz nahiyəsinə daha iki bıçaq zərbəsi vurub.
Bu zaman Lamiyənin öldüyünü düşünən qardaşı həyətə çıxıb. Lakin Lamiyə Şirazova aldığı xəsarətlərə baxmayaraq, evdən çıxaraq qaçmağa başlayıb. Novruz bu dəfə də onu yerə yıxaraq boynunu qırmağa çalışıb. Lamiyənin xırıltı səsləri çıxardığını görən qardaş bacısının öldüyünü düşünüb.
Bundan sonra o, DİN-in “102” xidməti zəng mərkəzinə zəng edərək bacısını öldürdüyünü bildirib. Hadisə yerinə gələn polis əməkdaşlarının təcili tibbi yardım xidmətinə müraciəti əsasında zərərçəkmiş şəxs vaxtında tibb müəssisəsinə çatdırılıb və göstərilən ixtisaslı tibbi yardım nəticəsində Lamiyənin həyatı xilas
edilib.
Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən Lamiyə Şirazova qardaşını bağışladığını bildirib:
“Hadisənin törədildməsində günah məndə olub. Qardaşımı əsəbləşdirdim, o da başımı kəsdi. Hadisə günü o onun üstünə çığırdım, qardaşım da özünü cilovlaya bilmədi. Hazırda Norvuzla barışmışam, qardaşıma yüngül cəza verilməsini xahiş edirəm”.
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
























.jpg)













