Kriminal
Hamilə arvadını döyüb uşağının ölümünə səbəb olubmuş...
Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 27 yaşlı oğlan cinayət məsuliyyətinə cəlb edilib.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Xəzər Rayon Məhkəməsində Türkan qəsəbə sakini Atlıxan Şəmsəddin oğlu İbrahimov Cinayət Məcəlləsinin 133.2.2 və 133.2.4-cü maddələri ilə təqsirli bilinib.
Araşdırmalarla müəyyən edilib ki, Atlıxan kəskin psixotik vəziyyət xəstəliyindən əziyyət çəkən və hamilə olan arvadına mütəmadi fiziki şiddət göstərib. O, hər dəfə qadını döyərkən bədəninin müxtəlif nahiyələrindən dişləyərək əzab verib. Sonuncu dəfə isə Atlıxan yeməyin duzlu olmasını bəhanə gətirərək həyat yoldaşına zərbələr endirib. Həmin zaman 18 həftəlik hamilə olan qadının bətnindəki döl tələf olub və tibbi müdaxilə göstərilib.
Məhkəmədə çıxış edən qızın atası övladının ailəsində ciddi problemlər olduğunu, lakin Atlıxanın atası Şəmsəddinin xahişi ilə onların birgə yaşamasına razı olduqlarını deyib: “Onunla birlikdə yaşadıqları ərəfədə Atlıxan mütəmadi olaraq qızımı döyərək təhqir edib, döyməsinə səbəb isə müxtəlif bəhanələr olub. Polisə şikayət etməməyimizə səbəb qızımın ailəsini dağıtmaq istəməməyimiz olub. Atlıxan qızımın hamilə olduğunu bilirdi, buna baxmayaraq onu döyürdü”.
O da məlum olub ki, Atlıxan əvvəllər narkotik vasitələrlə bağlı cinayətə görə məhkum edilib. Onların ailəsi ilə bağlı problem daha əvvəl də mediada işıqlandırılıb. Belə ki, 2023-cü ildə Atlıxan yaşadıqları evdə birinci qrup əlil olan atasını döyüb və bu zaman qardaşı həmin hadisəni videoya çəkərək paylaşıb. Görüntülərdə qardaşının Atlıxanı atasını döydüyü üçün söyərək təhqir etməsi də əks olunub.
Məhkəmənin ötən həftə çıxardığı hökmlə Atlıxan İbrahimova 2 il 6 ay həbs cəzası verilib. O, cəzasını ciddi rejimli müəssisədə çəkəcək.
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
























.jpg)













