Kriminal
19 yaşlı oğlan 10 manata görə qətlə yetirildi - Xırdalanda
Xırdalan şəhəri Heydər Əliyev küçəsində yerləşən Ana-Bala parkında baş vermiş qətlin təfərrüatı məlum olub.
Publika.az “Teleqraf”a istinadən xəbər verir ki, 2006-cı il təvəllüdlü Fərid Məmmədovun bıçaqla Elmir Bədirova ağır xəsarət yetirməsinə səbəb Elmirin ona verdiyi 10 manat borcunun istəməsi olub.
Buna görə aralarında dava düşüb.
Fərid bıçaqla Elmirə zərbələr endirib.
***
Oktyabrın 15-də saat 3 radələrində 2006-cı il təvəllüdlü Elmir Bədirovun almış olduğu xəsrətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Abşeron Rayon Prokurorluğundan bildirilib.
Məlumata görə, araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 2006-cı il təvəllüdlü Fərid Məmmədovun bıçaqla Elmir Bədirova ağır xəsarət yetirməsi və sonuncunun həmin xəsarətdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Fərid Məmmədov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
























.jpg)













