Kriminal
İstanbulda film kimi oğurluq - Azərbaycanlılar həbs olundu
İstanbulun Qaziosmanpaşa rayonunda qızıl satmaq bəhanəsi ilə zərgərlik mağazasına girən azərbaycanəsilli şəxslər sahibkarı və işçini döyərək 4.7 milyon lirə dəyərində 1 kiloqram qızıl və 300 min lirə pulu oğurlayıblar.
Publika.az xəbər verir ki, bu barədə “Sabah” nəşri məlumat yayıb.
Belə ki, təhlükəsizlik kameralarına düşən görüntülərdə iki şəxsin vitrinin arxasından tullanaraq sahibkara hücum etdiyi, daha sonra qızıl və pulu götürərək hadisə yerindən qaçdığı əks olunub.
Bildirilir ki, dəstənin bir üzvü hadisə zamanı mağazanın yerləşdiyi küçəni yük maşını ilə bağlayaraq qaçış planını təmin edib.
Məlumata görə, İstanbul polisi tərəfindən başladılan araşdırma nəticəsində şübhəlilərin istifadə etdiyi avtomobil Sultanqazi ərazisində tapılıb. Onların saxta şəxsiyyət vəsiqələri ilə Ağrı vilayətinə getdiyi müəyyən olunub.
Hər iki şəxs Qarsda saxlanılaraq, İstanbula aparılıb.
Araşdırma zamanı məlum olub ki, dəstə üzvləri, həmçinin avqustda baş verən 2,3 milyon lirəlik TIR soyğununda da iştirak ediblər.
Hər iki faktla bağlı dindirilən 5 nəfər haqda həbs qətimkan tədbiri seçilib. (Qafqazinfo)






-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
















.jpg)







.jpg)














