Kriminal
Gürcüstanda ruslara qarşı əməliyyat: Belə ifşa edildilər
Gürcüstanda yüz milyonlarla dollarlıq çirkli pulların yuyulmasında şübhəli bilinən beş Rusiya vətəndaşı saxlanılıb.
Publika.az xəbər verir ki, məlumatı Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti yayıb.
Araşdırmaya görə, saxlanılan şəxslər yeraltı kripto şirkəti vasitəsilə qanunsuz gəlirlərin leqallaşdırılması üçün irimiqyaslı maliyyə sxemi qurublar.
Rusiya vətəndaşlarının idarə etdiyi şirkətlərdən biri Gürcüstan Milli Bankının icazəsi olmadan virtual aktivlər üzrə xidmətlər göstərib, həmçinin qeyri-qanuni ofis və kuryer sistemi vasitəsilə əməliyyatlar həyata keçirib.
İstintaq müəyyən edib ki, onlar sərhəd nəzarətindən gizli şəkildə külli miqdarda xarici valyuta ölkəyə gətirib və bu vəsaitləri virtual aktivlər almaq üçün istifadə ediblər. Nəticədə “yüz milyonlarla lari” dövriyyəyə buraxılsa da, şirkət dövlət büdcəsinə heç bir vergi ödəməyib.
Tbilisidəki ofisdə aparılan axtarışlar zamanı kompüter avadanlıqları, sənədlər və 371 min dollar ələ keçirilib. Bundan başqa, şübhəlilərdən birindən 100 min dollar, Rusiya nömrəli avtomobildən isə 250 min dollar götürülüb.
Saxlanılan rusları 9 ildən 12 ilədək həbs cəzası gözləyir. Nazirlik təqsirləndirilənlərin sayının artması və ittihamların sərtləşdirilməsi ehtimalını da istisna etməyib.
Adəm
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
















.jpg)







.jpg)














