Kriminal
Naməlum şəxslər evli cütlüyə hücum edib kişini qaçırdılar: Dişlərini sındırıb...
Ötən gecə Sankt-Peterburqun mərkəzində ağır cinayət hadisəsi baş verib. Qonçarnaya küçəsində üç naməlum şəxs evli cütlüyə hücum edib.
Publika.az xəbər verir ki, hadisə barədə məlumatı “78.ru” yayıb. Cinayətkarlar 41 yaşlı kişini zorla avtomobilə mindirərək hadisə yerindən uzaqlaşıblar. Qadın isə dərhal polisə müraciət edib.
Qaçırılan şəxs daha sonra Kremençuqska küçəsində avtomobildən qaçaraq xilas ola bilib. Məlum olub ki, cinayətkarlar onu döyərək pul tələb ediblər. Nəticədə zərərçəkənin bir neçə dişi sındırılıb, boğazı bıçaqla yaralanıb.
Hadisə ilə bağlı araşdırma aparan polis əməkdaşları həmin ərazidə yerləşən yaşayış kompleksində şübhəli avtomobil aşkarlayıblar. Avtomobildə olan 33, 29 və 24 yaşlı üç şəxs saxlanılıb. Axtarış zamanı onlardan biri üzərində bıçaq, avtomobildən isə əlavə bir bıçaq tapılıb.
Faktla bağlı cinayət işi açılıb, istintaq davam edir.
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
















.jpg)







.jpg)














