Kriminal
Bakıda iş adamı narkotiklə SAXLANILDI
Bakıdan İstanbula təyyarə ilə uçmaq istəyən iş adamı Heydər Əliyev Beynəlxalq Aeroportunda narkotiklə saxlanılıb.
Publika.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş Əliyusif Xəlilovun Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, Əliyusif Xəlilov qanuni təmsilçisi olduğu şirkətin Türkiyənin İstanbul şəhərində filialı olduğu üçün sözügedən ölkəyə gedirmiş. Psixotrop maddə olan metamfetamindən istifadə edən iş adamı üzərində Bakı-İstanbul aviareysi ilə Türkiyəyə aparmaq məqsədilə həmin vasitəni gizlədib.
O, çətinləşdirən üsullardan istifadə etməklə psixotrop maddənin 1.408 qramını sellofan bükümdə qablaşdıraraq eynək qabının içərisində çiyin çantasına, 0.357 qramını isə kassa qəbzinə bükərək əynindəki açıq qəhvəyi rəngli gödəkçənin cibinə yerləşdirib.
Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Əliyusif Xəlilov məhkəmədə əməlindən peşman olduğunu bildirərək barəsində təyin ediləcək cəzanın şərti tətbiq edilməsini xahiş edib. Məhkəmənin hökmü ilə Əliyusif Xəlilov 2 il müddətinə dövlət və yerli özünüidarəetmə, özəl sahədə rəhbər və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.
-
Nəqliyyat08:49Bakıda taksi sürücülərinin gizli oyunu - Bunu istəsələr, etməyin!
-
Hadisə07:35Zəhranın öldüyü qəzada sürücünü hansı cəza gözləyir?
-
Sosial02:44Bakı səmasında möhtəşəm hilal görüntüsü - Foto
-
Qoroskop00:45Günün ulduz falı: gələn təkliflər yeni qapılar açacaq
-
Hadisə17 İyun 21:39Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı - Mən o videoya baxdım...
-
ABŞ17 İyun 21:13"Arthur" yaxınlaşır - Cümə günü faciə törədəcək
-
Elm və təhsil17 İyun 20:22II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edildi
-
Hadisə17 İyun 20:10Qızını dəhşətli qəzada itirən vəkil valideynlərə çağırış etdi







_(1).png)


.png)

























