Kriminal
“Doğulanda mənə verdiyi ada görə əmimi bıçaqladım” - TƏFƏRRÜAT
Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində 1976-cı il təvəllüdlü əmisi Ərəstun Şahverdiyevi bıçaqlayan 30 yaşlı Nəcməddin Şahverdiyevin məhkəməsində bir sıra maraqlı məqamlar üzə çıxıb.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, təqsirləndirilən şəxs məhkəmədə ifadəsində əmisini bıçaqlama səbəbini açıqlayıb.
O bildirib ki, əmisi Ərəstun Şahverdiyevi ona verdiyi “Nəcməddin” adına görə öldürmək istəyib.
Belə ki, təqsirləndirilən şəxs lal-karlıqdan əziyyət çəkməsi, boyunun balaca olması kimi fiziki məhdudiyyətlərini uğursuzluq kimi qiymətləndirərək bunu əmisinin ona verdiyi adla əlaqələndirib. Bu səbəbdən Nəcməddin əmisini öldürmək qərarına gəlib.
Nəcməddin bu fikirlə Sahil qəsəbəsi, N.Mustafayev küçəsində yerləşən əmisinə məxsus ət mağazasının qarşısına gələrək ona kürəyindən bıçaq zərbəsi endirib. Nəcməddin vurduğu bıçaq sonuncunun bel nahiyəsində qalıb və o, bu səbəbdən cinayəti başa çatdıra bilməyib:
“Əmimi bıçaqladıqdan sonra ağrılarım kəsdi. Onu mənə doğulanda verdiyi ada görə bıçaqladım. Adımı əmim yox, nənəm versəydi, bədənim ağrımazdı” - cinayəti törədən şəxs ifadəsində bildirib.
Məhkəmədə ifadə verən zərərçəkmiş Ərəstun Şahverdiyev isə qardaşı oğlundan şikayətçi olduğunu qeyd edib:
“Əvvəllər Nəcməddinin sağlamlığında problem olmayıb, bunlar yaşı artıqca üzə çıxıb. Məni bıçaqladıqdan sonra gülərək qulağıma pıçıldadı ki, “səni mən vurdum”. Daha sonra hadisə yerindən qaçıb getdi”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra psixi xəstəliyə tutulduğundan, onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib. Nəcməddin Şahverdiyev sağalmış hesab edilənədək cinayət işi üzrə icraat dayandırılıb.
-
Sosial02:44Bakı səmasında möhtəşəm hilal görüntüsü - Foto
-
Qoroskop00:45Günün ulduz falı: gələn təkliflər yeni qapılar açacaq
-
Hadisə17 İyun 21:39Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı - Mən o videoya baxdım...
-
ABŞ17 İyun 21:13"Arthur" yaxınlaşır - Cümə günü faciə törədəcək
-
Elm və təhsil17 İyun 20:22II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edildi
-
Hadisə17 İyun 20:10Qızını dəhşətli qəzada itirən vəkil valideynlərə çağırış etdi
-
Səhiyyə17 İyun 18:4016 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi
-
Sosial17 İyun 16:37Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi







_(1).png)


.png)


















.jpg)








