Kriminal
İşgəncə, orqanların çıxarılması: Kölə kimi saxlanılan minlərlə insan görün nəyə məcbur edilir
Dünyanın hər yerindən qanuni iş vədləri ilə şirnikləndirilən yüz minlərlə insan ölüm təhlükəsi altında onlayn fırıldaqlarla məşğul olmaq məcburiyyətində qalaraq köləyə çevrilib. Myanmadakı kütləvi "kiberfırıldaqçılıq mərkəzləri"ni idarə edən cinayətkar dəstələr cəsədləri çaylara atılan məcburi işçilərə qarşı işgəncə və qətl də daxil olmaqla, həddindən artıq qəddarlığa əl atıblar.
Publika.az xəbər verir ki, "The Telegraph" bununla bağlı maraqlı bir araşdırma təqdim edib.
Məlumata görə, yüz minlərlə insan əsasən Myanma-Tayland sərhədində yerləşən fırıldaqçılıq mərkəzlərində tələyə düşüb. Qurbanlar müştəri xidməti kimi qanuni iş təklifləri ilə şirnikləndirilir və sonra qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilir. Bu komplekslərə daxil olduqdan sonra köləliyə məcbur edilirlər.
İstintaqın gedişatında illərdir ki, aclıqdan tutmuş orqan yığımına qədər mərkəzlərin daxilində qeyri-insani şəraiti təsvir edən mənzərə ortaya çıxıb.
Araşdırmaya görə, işçilər bütün dünyada insanları aldadaraq, gecə-gündüz kiber fırıldaqçılıqla məşğul olmağa məcbur olurlar. Müəyyən edilmiş mənfəət “norma”sına əməl etməyənlər isə ciddi şəkildə cəzalandırılır.
BMT-nin 2023-cü il hesabatında Cənub-Şərqi Asiyada fırıldaqçılıq mərkəzlərinin 37 milyard dollardan çox oğurladığı qeyd edilib.
Oradakı keçmiş mühafizəçi deyib ki, rəhbərlik insanların döyülməsini əmr edib və buna əməl etməkdən imtina etmək etibarı itirmək və öz həyatını riskə atmaq deməkdir. Qaçış cəhdləri isə xüsusi qəddarlıqla cəzalandırılır. İlk cəhddə insan ac və susuz qalmaq şərti ilə qaranlıq otağa atılır. İkinci cəhddə isə dərhal öldürülür.
"Qorxutmaq üçün meyitləri gətirib binaların qarşısına qoyurdular. Hamı izləməyə məcbur olurdu. Bu o demək idi ki, "qaçsan, sənin də axırın belə olar", - deyə şahidlərdən biri bildirib.
Onun sözlərinə görə, öldürülənlərin cəsədləri çox vaxt sadəcə Moei çayına atılırdı. Yerli sakinlər suda naməlum şəxslərin cəsədlərinin tapıldığını təsdiqləyirlər.
Vurğulanır ki, bu cinayət müəssisələri, ilk növbədə, Myanmada yerli silahlı qruplarla əməkdaşlıq edən Çin dəstələri tərəfindən təşkil edilirmiş. Qurbanlar əsasən asiyalılardır, lakin son vaxtlar Afrika, Cənubi Amerika və hətta Avropadan gələnlərin sayı artmaqdadır.
Adəm
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ13 Oktyabr 21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art13 Oktyabr 19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO



































