Kriminal
Ödəmə terminalından oğurluq edən şəxslər saxlanıldı
Abşeron rayonu ərazisində yerləşən marketlərin birində ödəmə terminalından oğurluq edilib.
Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 30 yaşlı Rəşad Cəlilov və 34 yaşlı Xəzər Hüseynov müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalarla məlum olub ki, saxlanılan şəxslər rayonun Masazır kəndindəki marketdə ödəmə terminalını sındırmaqla ümumilikdə 3 min manatdan artıq pul vəsaitini talayıblar. Onların törətdikləri oğurluqlar təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.
İdarə əməkdaşları tərəfindən rayon ərazisində həyata keçirilən digər tədbir zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 44 yaşlı Elvin Məmmədov saxlanılıb. Həmin şəxsin Xırdalan şəhərində yaşadığı evə baxış zamanı ümumilikdə 16 kiloqram, o cümlədən 7 kq heroin, 4 kq metamfetamin, 5 kq marixuana, 1 230 ədəd psixotrop tərkibli metadon həbi və narkotiklərin satışında istifadə edilən elektron tərəzi aşkarlanıb.
E.Məmmədov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini bildirib.
Faktlarla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO














.jpg)










.jpg)














