Kriminal
İcra başçısının sabiq müavininə və onunla əlbir olan qadına HÖKM OXUNDU
Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Vəfa Allahverdiyeva və onunla birgə mühakimə olunan Təranə Bağırovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Abdullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, iş üzrə dəymiş zərər tam ödənildiyini üçün Vəfa Allahverdiyeva barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilib. Onun barəsində cinayət işinə xitam verilib.
Digər təqsirləndirilən Təranə Bağırova isə 5 il 6 ay azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bir müddət əvvəl tutduğu vəzifədən uzaqlaşdırılan Vəfa Allahverdiyeva tanışı Təranə Bağırova ilə əlbir olaraq dələduzluq etməkdə ittiham olunur.
Cinayət işi üzrə zərərçəkmiş qismində tanınan Gədəbəy rayon sakini Cavanşir Məmmədəliyevdir.
İttihama görə, təqsirləndirilən xanımlar Cavanşir Məmmədəliyevi ədəbəy Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin ediləcəyi ilə aldadaraq 51 min manat pulunu alıblar.
Təranə Bağırova bir müddət əvvəl başqa dələduzluq əməlinə görə məhkum edilib. Sabiq müavin isə həbsdə deyil. İstintaq dövründə onun barəsində polis nəzarətiinə vermə qətimkan tədbiri seçilib.
Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Vəfa Allahverdiyeva əvvəllər Gədəbəy Rayon İcra Hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri vəzifəsini icra edib.
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi


























.jpg)














