Kriminal
Özünü azad olunmuş ərazilərin xüsusi nümayəndəsi kimi təqdim edirmiş - TƏFƏRRÜAT
Özünü Prezidentin xüsusi nümayəndəsi kimi təqdim edərək Türkiyə vətəndaşı Muhammet Cilə qarşı xeyli miqdarda dələduzluq edən 1992-ci il təvəllüdlü Nicat Əhmədzadənin məhkəmə prosesi başa çatıb.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, N.Əhmədzadə Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310-cu maddələri ilə üzrə təqsirli bilinib və 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Nicatın törətdiyi əmələ gəlincə, o, azad olunmuş ərazidə qurumların birinin texniki işçisi kimi fəaliyyət göstərib. Bu müddətdə Nicat Əhmədzadə Muhammet Cilə özünü rəhbər vəzifədə çalışan biri kimi təqdim edib və tezliklə Prezidentin Şuşa şəhəri xaric, digər işğaldan azad olunmuş ərazilər üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin olunacağına dair yalan məlumat verib. O, bunun üçün 8 min manata ehtiyacı olduğunu bildirərək həmin məbləği Türkiyə vətəndaşından alıb.
Ümumilikdə zərərçəkənə 14 min manat ziyan vuran 32 yaşlı Ağdam sakini növbəti görüşdə artıq təyinatının rəsmiləşdiyini, Muhammetə də onu özünə müavin götürəcəyini bildirib.
Prosesin davamında isə Nicat Əhmədzadə Türkiyə vətəndaşına guya müavin təyinatının da rəsmiləşdirdiyi bildirib və ona saxta şəxsi vəsiqənin fotoşəkilini göndərib. Bu azmış kimi, təqsirləndirilən şəxs təyinatla bağlı saxta məxfi məktub da hazırlayıb. Üstəlik ona maaşının artıq hesablandığını və bank kartının fotosunu da nümayiş etdirib.
Dələduzluğun üstü isə Muhammet Cilin bank kartını internet üzərində yoxlamasından sonra açılıb. Bəlli olub ki, Nicat Əhmədzadə zərərçəkmişə təqdim etdiyi bank kartının şəklini Azərbaycan Beynəlxalq Bankının internet saytından götürüb və üzərində fotoşopla işləyərək əmək haqqı kartının sahibinin adını Muhammet Cil kimi dəyişib.
Bununla yanaşı, Nicat daha da inandırıcı olmaq üçün öz şəxsi evində kompüter vasitəsi ilə Prezidentin köməkçisi - Kərəm Həsənovun adından işə qəbulla bağlı saxta sənəd hazırlayıb və sənədi onun adından imzalayıb.
Qeyd edək ki, məhkəmə tərkibi Nicat Əhmədzadənin himayəsində bir azyaşlı uşağının olmasını və Vətən müharibəsində iştirak etməsini cəzanı yüngülləşdirən
hallar kimi qiymətləndirib.
-
Dünya02:44O da vəzifəsindən ayrılır
-
Region02:18ABŞ hücum etdi, İranda bir gündə 35 nəfər öldü
-
Qoroskop01:40Günün ulduz falı: Kompromisə getmək xeyrinizə olacaq
-
ABŞ15 İyul 23:55ABŞ İrana qarşı növbəti zərbələr dalğasına başladı
-
Magazin115 İyul 21:00Azərbaycanlı aktrisa ana oldu
-
Ekopublika.az15 İyul 20:24Azərbaycan neftinin ən iri idxalçıları - Siyahı
-
Hadisə15 İyul 20:12Nəzarətsiz ərazidə 22 yaşlı gənc batdı
-
Kriminal15 İyul 19:20Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?













.jpg)






















