Kriminal
Həbsdə olan müğənniyə yeni ittiham irəli sürüldü
Həbsdə olan müğənni Dəniz Əsədova barəsində cinayət işi başlanılıb.
Publika.az "Report"a istinadən xəbər verir ki, Dəniz Əsədova barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 32.4.308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 32.4.313-cü (vəzifə saxtakarlığına təhrik etmə), 32.311.3.3-cü ( təkrar, külli miqdarda rüşvət almağa təhrik etmə), 32.312.3.3 (rüşvət verməyə təhrik etmə), 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri yeni ittiham verilib.
Müğənni vətəndaşlardan pul alaraq saxta əlillik sənədi düzəltməkdə ittiham olunur.
Belə ki, o, Sabunçu rayonu 21 saylı Birləşmiş şəhər Xəstəxanasının keçmiş baş həkimi və hazırda cinayət işi məhkəmə araşdırmasında Rauf İsfəndiyarovun əlbir olaraq 136 nəfərin saxta əlillik almasına köməklik edib.
İş üzrə dövlətə 1,6 milyon manat ziyan vurulub.
Qeyd edək ki, Dəniz Əsədova bundan əvvəl dələduzluqda və bir neçə nəfərə qarşı təhqir və böhtan səbəbindən xüsusi ittiham qaydasına məhkum edilib.
O, vəkil Asim Abbasovu təhqir və böhtan atdığı səbəbindən Binəqədi rayon Məhkəməsinin hökmü ilə 7 ay azadlıqdan məhrum edilib. Daha sonra başqa bir şəxsi də təhqir etməsi və böhtan atması səbəbindən onun cəzası artırılıb.
-
Sosial02:44Bakı səmasında möhtəşəm hilal görüntüsü - Foto
-
Qoroskop00:45Günün ulduz falı: gələn təkliflər yeni qapılar açacaq
-
Hadisə17 İyun 21:39Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı - Mən o videoya baxdım...
-
ABŞ17 İyun 21:13"Arthur" yaxınlaşır - Cümə günü faciə törədəcək
-
Elm və təhsil17 İyun 20:22II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edildi
-
Hadisə17 İyun 20:10Qızını dəhşətli qəzada itirən vəkil valideynlərə çağırış etdi
-
Səhiyyə17 İyun 18:4016 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi
-
Sosial17 İyun 16:37Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi







_(1).png)


.png)

















.jpg)








