Kriminal
Prokurorluqdan ərinə zəng gəldi, xəyanətin üstü açıldı
Rusiya işləmək üçün yollanan Şəki sakini Cabir Quliyev 9 ay sonra geri qayıtdıqdan sonra arvadı Zəminə Quliyevanı (ad-soyadlar şərtidir) döyərək ona xəsarətlər yetirib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, buna səbəb Zəminənin Cabirə xəyanət etməsi olub.
Xəyanətin üstü isə Şəki Rayon Prokurorluğundan gələn zəng nəticəsində bəlli olub.
Belə ki, Rayon Prokurorluğundan ona zəng edilərək arvadının qanaxma ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına gətirildiyi, hamilə qaldığı üç aylıq uşağın isə tələf olduğunu bildiriblər.
Bundan sonra Cabir həyat yoldaşının ona xəyanət etdiyini başa düşüb və onunla boşanmaq qərarına gəlib.
Cütlük boşanma ilə bağlı Şəki 1 saylı Mediasiya Təşkilatına dəvət olunublar. Orada Cabir boşanmağı xəyanətlə əlaqələndirib, arvadı isə bunu inkar etməyib. O, Rəsul adlı şəxslə münasibətdə olduğunu, buna görə hamilə qaldığını etiraf edib.
Bu etirafdan sonra Cabir əsəbiləşərək Zəminənin üzərinə hücum çəkib, ona yumruq zərbələri endirib. Bundan sonra qadın döyülməsi ilə bağlı polisə şikayət edib.
Şəki Rayon Məhkəməsinin hökmünə əsasən, Cabir Quliyev 9 ay müddətinə azadlıqdan məhrum edilib.
-
Ekologiya11:40Qrız, Xınalıq, Qusar və Şahdağa qar yağdı - FAKTİKİ HAVA
-
Ekologiya10:36Qubaya güclü qar yağdı - VİDEO
-
İqtisadi gündəm10:12Şirin bazarın acı rəqabəti: Yerli xammal üstünlüyü var, amma...
-
MDB09:55Rusiya: Tokionun remilitarizasiyasına cavab tədbirləri görəcəyik!
-
ABŞ06:16ABŞ-da təyyarə qəzası: Məşhur israilli aktyor həlak oldu
-
İdman05:15Mbappe və Dembele arasında gərginlik iddiası: Cavabsız mesaj böhranı dərinləşdirib
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz



































.jpg)

