Kriminal
Qonşusunun qulağını dişləyib qoparan Cavad həbs edildi
Bakıda qonşusuna ağır xəsarət yetirmiş şəxsin məhkəməsi başa çatıb.
Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Kürdəmir rayon Sor-Sor kənd sakini 1982-ci il təvəllüdlü Cavad Rüstəmova (soyadlar şərtidir) hökm oxunub.
Bildirilib ki, cinayət hadisəsi ötən il oktyabrın 6-sı Suraxanı rayon Bəhruz Kəngərli küçəsində yerləşən “Həsənoğlu market”in qarşısında baş verib.
Həmin vaxt marketin sahibi olan Nihadla qonşusu Cavad 18 manat borc pul və maşını obyektin qarşısında bərk sürməyə görə dalaşıblar. Dava zamanı Cavad Nihada dəmir parçası ilə zərbələr endirib həmçinin bir qulağını dişləyərək qoparıb. Hadisədən sonra Nihad qulağını xəstəxanaya apararaq tikdirmək istəsə də, tibbi müdaxilə müsbət nəticələnməyib. Belə ki, yerinə tikilən qulaq çürüyərək düşüb.
Məhkəmədə Nihad Əliyev qulağını qoparan qonşusuna ağır cəza tələb edib: “Cavad yüksək sürətlə idarə etdiyi avtomobili evimin qarşısında təhlükəli manevrlər edərək saxladı, təhqiredici sözlərlə özünə məxsus fermadakı işçisini çağırdı. Ona yaxınlaşıb məhlədə söyüş söyməyə görə irad bildirdim. Cavad içkili olduğu üçün mübahisə etməyə başladı və bir-birimizlə tutaşdıq. İtələşərkən mən yerə yıxıldım, Cavad sol qulağımı dişləyərək qopardı. Qonşular araya girərək bizi ayırdı, Cavad fermasının həyətinə girdi. Mən isə marketə girib salfetka ilə qulağımın qanını kəsdim. Sonra marketin çölündə olan dəmir parçasını götürüb Cavadın maşınının sol yan şüşəsinə vurdum. Cavad avtomobildən düşüb üstümə gələrkən yerdən “kubik” daşını götürüb mənə atdı. Yerə yıxıldığım üçün mənə zərbələr vurdu. Cavadın əlindən dəmir parçasını marketin satıcısı alıb yerə tulladı. O, avtomobili ilə uzaqlaşdı, ayağa qalxarkən qulağımın yerində olmadığını gördüm. Bu zaman yadımda qalmayan şəxs qulağımın yarısını tapıb gətirdi. Qulağımı yuyaraq qardaşıma zəng edib gəlməsini xahiş etdim”.
Zərərçəkmiş şəxs bildirib ki, bundan sonra qardaşı ilə birgə xəstəxanaya gedib: “Məni təcili yardım maşını ilə M.Nağıyev adına xəstəxanaya apardılar və orada qulağımı tikdilər. Lakin həkim qulağın birləşmə imkanının 1% olduğunu bildirdi. Bir aydan sonra yenidən həkimə getdim, lakin qulağın birləşmədiyini və çürüdüyünü dedi. Daha sonra qulağımın qopmuş hissəsi yenidən düşdü. Təxminən bir il müalicə edildikdən sonra təkrar əməliyyat lazım olduğunu, yalnız bundan sonra estetik əməliyyat oluna biləcəyimi söylədilər. Bunun üçün isə təxminən 12 000 manat pul lazımdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçiyəm. Əməliyyatım və müalicəm üçün lazım olan xərclərin ödənilməsini tələb edirəm”.
İbtidai istintaq və məhkəmə prosesi dövründə azadlıqda olan Cavad isə deyib ki, dəfələrlə qarşı tərəflə barışmağa cəhd edib, lakin Nihad onu bağışlamır.
Məhkəmə Cavad Rüstəmovu Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilib. Noyabrın 12-si bitən prosesin yekununda ona 3 il 6 ay həbs cəzası verilib və məhkəmə zalındaca qandallanıb.
-
Kriminal24 Avqust 23:00Canlı yayımda söyüş söydü, həbs edildi
-
Elm və təhsil24 Avqust 22:04Ana və iki övladı eyni vaxtda tələbə oldu - Foto
-
Kriminal24 Avqust 20:00İkisi də spirtli içki aludəçisi imiş... - Bakıda qadının ərini öldürməsinin təfərrüatları
-
Elm və təhsil24 Avqust 19:10Neçə nəfər ali məktəblərə qəbul olundu? - Rəsmi
-
Elm və təhsil24 Avqust 18:40Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı
-
Cinayət dünyası24 Avqust 17:16İsraildə “Qafqaz mafiyası”nın başçısı güllələndi: Başına 1 milyon qoyulmuşdu - FOTO
-
MDB24 Avqust 16:55Ukraynada yeni Maydan olacaq? - SENSASİON SSENARİ
-
MDB24 Avqust 14:45Rusiyada səfərbərliyə hazırlıq testi keçirilir - Nə baş verir?



















.jpg)













.jpg)

