Kriminal
Ginekoloq xəstələri çılpaq halda videoya çəkirmiş
ABŞ-da hərbi ginekoloq Bleyn Makqrou cinsi təcavüzdə və hərbi xəstəxanalarda müayinələr zamanı çılpaq xəstələri gizli şəkildə lentə almaqda ittiham olunur.
Publika.az xəbər verir ki, bu barədə "People" məlumat yayıb.
Bildirilir ki, Makqrou uzun illər hərbi tibb müəssisələrində qadınları, həmçinin hərbçilərin həyat yoldaşlarını müalicə edib. Qadınlar iddia edirlər ki, adi müayinələr zamanı həkim onlardan döşlərinin tamamilə açılmasını tələb edib, tibbi göstəriş olmadan intim nahiyələrinə toxunub və lentə alıb.
Bir xəstənin iddiasına görə, müayinə zamanı Makqrounun telefonla danışırmış kimi davrandığını, kameranı işə saldığını və ginekoloji kresloda olarkən cihazın kamera hissəsini ora yönələltdikdən sonra xalatının döş cibinə soxduğunu görüb.
Zərərçəkmişlərin vəkilləri qeyd ediblər ki, həkimin davranışı ilə bağlı şikayətlər indiki qalmaqaldan xeyli əvvəl edilib, lakin o, ordu həkimi kimi xəstələri yoxlamaqda davam edib. Məhkəmə sənədlərində vurğulanır ki, hərbi komandanlıq xəbərdarlıq əlamətlərinə baxmayaraq, “forma geyinmiş günahkar” iş başında olub.
Rəsmi qeydlərə görə, Bleyn Makqrou 2019-2023-cü illərdə Havaydakı "Tripler Army" Tibb Mərkəzində işləyib. Daha sonra o, Texas ştatının Fort-Xud şəhərinə köçürülüb. 2025-ci ilin oktyabrında həkim vəzifəsindən azad edilib.
İddiaçıların nümayəndələrinin hesablamalarına görə, ginekoloqun hərəkətləri nəticəsində zərər çəkmiş qadınların faktiki sayı təxminən 1500-ə çata bilər.
Adəm
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə

























.jpg)














