Kriminal
Azərbaycan xalqından üzr istədilər - VİDEO
Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə video çəkərək sosial şəbəkələrdə yayan və polis tərəfindən həbs olunan Səudiyyə Ərəbistanının üç vətəndaşı - Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammadın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, Alghabr Mohammad Hussain Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyində tədqiqatçı işləyir.
Sonra məhkəmədə onların Azərbaycan xalqına müraciət elan olunub. Hər 3 şəxs bildirib ki, onlar olduqları yerin hara olduğunu bilməyiblər.
"Azərbaycan bizim üçün dost və doğma ölkədir. Oranın Azərbaycan xalqı üçün müqəddəs yer olduğunu bilməmişik. Buna görə də Azərbaycan xalqından, şəhid ailələrindən və qazilərdən üzr istəyirik".
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, sözügedən şəxslər bu il avqustun 16-da saat 17:00 radələrində Şəhidlər xiyabanına gələrək bir neçə şəhidin məzarı üzərində qeyri-etik hərəkətlər ediblər. Şəhid məzarlarının üzərindəki gülləri təpikləyiblər.
Təqsirləndirilən şəxslər ittiham üzrə özlərini təqsirli hesab etməyiblər.
Qeyd edək ki, bu ilin avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmasından sonra Səbail Rayon Polis İdarəsində araşdırma aparılıb.
Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.
Təqsirli bilinən şəxslərin barəsində Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.
-
Ekologiya10:36Qubaya qar yağdı
-
İqtisadi gündəm10:12Şirin bazarın acı rəqabəti: Yerli xammal üstünlüyü var, amma...
-
MDB09:55Rusiya: Tokionun remilitarizasiyasına cavab tədbirləri görəcəyik!
-
ABŞ09:28İrana yeni hücum planlaşdırılır? - ABŞ rəsmiləri bir neçə saatlıq gizli görüş keçirdilər
-
ABŞ06:16ABŞ-da təyyarə qəzası: Məşhur israilli aktyor həlak oldu
-
İdman05:15Mbappe və Dembele arasında gərginlik iddiası: Cavabsız mesaj böhranı dərinləşdirib
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz













.jpg)


















.jpg)

