Kriminal
Anar Əsədliyə ittiham aktı elan edildi
Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az Teleqraf-a istindən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttihama görə, təqsirləndirilən şəxs Anar Əsədli yüksək gəlir gətirəcəyi adı ilə Oqtay Qasımovdan müxtəlif vaxtlarda pul alıb. O, ümumilikdə 255 min manat vəsait əldə edib. Həmin pulun müəyyən hissəsini geri qaytarıb.
Anar Əsədli Etibar Nəsirovdan isə ümumilikdə 8 500 manat alıb və bu məbləğdən 3 400 manat ödəniş edib.
Anar Əsədli Hüseyn İlhamdan 17 min manat alıb və həmin məbləğin 4 250 manatını geri qaytarıb.
Zərərçəkmiş şəxs Tamara Allahverdiyevadan ümumilikdə 78 500 manat pul alıb və dəymiş ziyandan 17 min manat geri ödəniş edib.
İttihama münasibət bildirən Anar Əsədli özünü təqsirli bilməyib.
Növbəti məhkəmə prosesi dekabrın 19-na təyin edilib.
Qeyd edək ki, partiya sədri 4 nəfərə qarşı dələduzluqda təqsirləndirilib. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə

























.jpg)














